16 iyun 2014, 13:30

İmaməli Bayramovdan, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri xalqımızın, o cümlədən, əyalətlərdə yaşayan vətəndaşların sosial rifahının yüksəlməsini təmin etmişdir. Sərəncamınızla 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi məqsədilə vəsait ayrılması Sizin uzaq kəndlərdə yaşayan insanlara göstərdiyiniz diqqət və qayğınızın, habelə dediyiniz “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsinin əyani sübutudur. Son 10 ildə Azərbaycan xalqının azadlığı və təhlükəsizliyi naminə davamlı islahatların həyata keçirilməsi, o cümlədən Azərbaycanda həyata keçirilən və dinamik inkişafın təzahürü olan geniş abadlıq və quruculuq işləri ölkəmizin gələcəyini və gələcək nəslin sülh və yüksək rifah şəraitində yaşamasını təmin edərək, Azərbaycan tarixində silinməz iz buraxmışdır. Uzaq kəndlərdə yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Bayramov İmaməli İbad oğlu.
Azərbaycan Respublikası, Şəmkir rayonu, Varlı Həyat kəndi.