İlham Əliyev Yunanıstanın Baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ilə görüşmüşdür

16 iyun 2014, 20:10
İlham Əliyev Yunanıstanın Baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ilə görüşmüşdür

Prezident İlham Əliyev iyunun 16-da Yunanıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Söhbət zamanı, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photogallery-photogallery-photo