17 iyun 2014, 14:20

Vüsalə Abışova və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

İyun ayının 10-da Gəncədə baş verən qasırğa əsl fəlakət idi. Biz indiyə qədər şəhərimizdə belə bir hadisənin şahidi olmamışdıq. Güclü külək küçələrdə ağacları aşırmış, evlərin dam örtüyünü uçurmuşdur.

Hörmətli cənab Prezident, artıq hamıya məlumdur ki, dövlətimiz təbii fəlakətlə üz-üzə qalmış insanları heç vaxt darda qoymur.

Sizin göstərişinizlə şəhərimizdə təcili surətdə qasırğanın nəticələrinin aradan qaldırılması işlərinə başlanılmış, yaşayış binalarının dam örtükləri əsaslı təmir edilmişdir. Bizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abışova Vüsalə
Bağırov Vüqar
Həsənov Nurəddin
Ələkbərov Azər
Əliyev Mübariz və başqaları.

Azərbaycan Respublikası, Gəncə şəhəri.