17 iyun 2014, 18:30

Əliyəddin Cabbarlı və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident! 

Gəncə şəhəri heç vaxt Sizin diqqətinizdən kənarda qalmamışdır. Sizin bu diqqətiniz sayəsində Gəncədə geniş abadlıq-quruculuq işləri aparılmış, şəhərimizin siması xeyli dəyişmiş və gözəlləşmişdir. Gəncəlilər ən çətin anlarında da Sizin qayğınızı hiss etmişlər. Bu günlərdə Gəncədə qasırğanın törətdiyi dağıntıları biz yalnız xarici ölkələrdə baş verən təbii fəlakətlər haqqında verilən xəbərlərdə görmüşdük. Lakin həmin ölkələrdən fərqli olaraq, Azərbaycan dövləti dərhal öz vətəndaşlarının köməyinə gəldi. Qasırğanın fəsadlarının aradan qaldırılmasına, zərər görmüş evlərin bərpasına başlanıldı. Sakinlərin narahatlığına son qoyuldu. 

Hörmətli cənab Prezident, bütün bunlar Sizin sosialyönümlü siyasətinizin nəticəsidir. Bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Allahverdiyev Zamindar
Cabbarlı Əliyəddin
Elşad Həsənov
Həsənova Svetlana
Əliyeva Turə və başqaları.

Azərbaycan Respublikası, Gəncə şəhəri.