Gerb

03 dekabr 2010, 14:25

Hörmətli cənab İlham Əliyev, 

İlk öncə, uzaqgörən və istedadlı idarəçiliyiniz sayəsində Azərbaycanımızın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin etdiyinizə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunu şərəf və ləyaqətlə davam etdirdiyinizə görə Sizə bir Azərbaycan vətəndaşı kimi minnətdarlığımı bildirirəm. 

Hər bir sahəyə göstərilən xüsusi diqqət sayəsində Azərbaycan gündən-günə çiçəklənir və bu hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirir. 

Görkəmli şəxsiyyət, müasir dövrün siyasi xadimi kimi aparmış olduğunuz daxili və xarici siyasətinizi bəyənir və ürəkdən alqışlayaraq hər zaman dəstəkləyirəm. 

Sizə cansağlığı, uzun ömür və gələcək işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,

Abbasov Elvin Zabil oğlu
Azərbaycan Respublikası, Yasamal rayonu, Parlament prospekti. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR