Kambocanın Kralı Norodom Sihamonidən
Text size
20 iyun 2014, 13:30
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə Kamboca xalqı və hökuməti ilə birlikdə ən səmimi təbriklərimi ifadə etməkdən məmnunam. Fürsətdən istifadə edərək şəxsən Sizə cansağlığı, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzu edirəm.
Əminəm ki, Kamboca Krallığının Baş naziri Hun Senin Azərbaycan Respublikasına bu yaxınlardakı rəsmi səfəri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni sahələrində münasibətlərin genişləndirilməsi üçün yaxşı təməl olmuşdur.
Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Norodom Sihamoni
Kambocanın Kralı