Gerb

20 iyun 2014, 18:00

Hörmətli cənab Prezident! 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq etdiyiniz dövlət proqramları çərçivəsində ölkəmizdə yeni infrastruktur layihələri həyata keçirilir. Bu layihələr içərisində avtomobil yollarının tikintisi xüsusi yer tutur. Biz bunu Goranboy rayonunun timsalında aydın şəkildə görürük. Sizin 30 iyul 2013-cü il tarixli Sərəncamınızla 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə 3 milyon manat, 10 iyun 2014-cü il tarixli Sərəncamınızla isə həmin yolun tikintisinin davam etdirilməsi məqsədilə 7,2 milyon manat vəsait ayrılması Goranboy rayonuna göstərdiyiniz qayğının bariz nümunəsidir. Əhalinin rahat gediş-gəlişini təmin edəcək bu yol, eyni zamanda, strateji əhəmiyyətlidir və bölgədə turizmin inkişafına ciddi təkan verəcəkdir.

Möhtərəm cənab Prezident! Bu diqqət və qayğıya görə rayon sakinləri adından Sizə sonsuz ehtiramımızı bildiririk. Xalqımızın rifahı naminə fəaliyyətinizi yüksək qiymətləndirir, yürütdüyünüz uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirik. 

Hörmətlə, 

Nəbiyev Hümbət İsmayıl oğlu
Musayev Fazil İbrahim oğlu
Rzayev Şahmar İbiş oğlu
Əhmədov Müzəffər İsbəndiyar oğlu
Dadaşov Asim Cəmaləddin oğlu
Abbasov Nemət Əli oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu.