21 iyun 2014, 14:45

Elşən Hüseynovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident! 

Doğma Azərbaycanımızın sürətli inkişafına vətənini sevən heç bir şəxs biganə qala bilməz. Azərbaycanın Avropada, o cümlədən dünyada miqyasında nüfuzlu mövqeyə malik olması Sizin yürütdüyünüz uğurlu siyasətin məntiqi nəticəsidir. Dünyanın bir çox ölkələrinin maliyyə böhranına düçar olduğu bir vaxtda ölkəmiz hətta inkişaf tempini də azaltmadı. Sizin Azərbaycana verdiyiniz töhfələr qəlbimizdən, yaddaşlarımızdan heç vaxt silinə bilməz. Biz həmişə vətəninə, xalqına, dininə sadiq qalan Prezidentimizin yanında olacağıq. Əminik ki, doğma Azərbaycanımız Sizin rəhbərliyiniz altında gündən-günə inkişaf edəcək, çiçəklənəcək, dünya dövlətləri arasında söz sahibinə çevriləcəkdir. 

Möhtərəm cənab Prezident! Azərbaycan xalqı Sizin yürütdüyünüz siyasəti daim dəstəkləyir, Sizə bu şərəfli yolda uğurlar və müvəffəqiyyətlər diləyir.

Bir daha Sizə və ailənizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzu edirik. 

Hörmətlə,

Hüseynov Elşən Rövşən oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.