|
03 dekabr 2010, 20:10
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç, 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun əldə edilməsi münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm. Şadam ki, Rusiya yenidən dünya və idman ictimaiyyətinin cazibə mərkəzinə çevrilmişdir. Rusiyanın bu qədər çətin mübarizədə qələbəsi onun dünya birliyinə uğurlu inteqrasiyasını, Rusiya idmanının danılmaz xidmətlərinin etiraf olunmasını təsdiq etdi. Əminəm ki, 2018-ci ilin futbol üzrə dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları üçün, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı olacaqdır.
Hörmətli Dmitri Anatolyeviç, Sizə, çempionatın Təşkilat Komitəsinə, Rusiyanın bütün idman ictimaiyyətinə dünya çempionatının hazırlanmasında və keçirilməsində nailiyyətlər, rusiyalı futbolçulara uğurlar və parlaq qələbələr arzulayıram. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.