Gerb

05 dekabr 2010, 15:15

Hörmətli Maqomedsalam Maqomedaliyeviç, 

Qardaşınız Hacımurad Maqomedovun həlak olması xəbərindən dərindən sarsılmışam. 

Bu ağır, əvəzsiz itki ilə bağlı dərdinizi bölüşürəm. Sizinlə birlikdə kədərlənirəm. 

Sizə, bütün doğmalarınıza və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

Bakı, 5 dekabr 2010-cu il.