01 iyul 2014, 18:30

Arif Əliyevdən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident! 

2014-cü il 30 iyun tarixində imzaladığınız Sərəncamla Ağstafa şəhərində yeni musiqi məktəbinin tikilməsi xəbəri biz müəllimlərin, eləcə də rayon sakinlərinin hədsiz sevincinə səbəb oldu. 

Respublikamızda milli musiqimizə, incəsənət xadimlərinə göstərdiyiniz diqqət və qayğı biz musiqiçiləri daim yeni nailiyyətlərə ruhlandırır. Uzun illər istismar müddətini çoxdan başa vurmuş binada yerləşən musiqi məktəbində çalışan müəllimlərə bundan böyük töhfə ola bilməz. 

Möhtərəm Prezident! Ağstafa rayonunda aparılan abadlıq və quruculuq işlərinin davamı olaraq musiqi məktəbi üçün yeni binanın tikintisi biz müəllimlərin qarşısına böyük məsuliyyət qoyur. Pedaqoji kollektivimiz adından Sizi əmin edirik ki, bizə göstərdiyiniz qayğı sayəsində Ağstafa musiqi məktəbində istedadlı uşaqların üzə çıxarılması yolunda əzm və səylə çalışacağıq. 

Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin kollektivi adından dərin hörmətlə,
Əliyev Arif Salman oğlu, direktor.

Azərbaycan Respublikası, Ağstafa rayonu.