|
09 dekabr 2010, 12:23
Malik Qədirovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident! Siz ulu öndər Heydər Əliyevin gələcəyə ünvanlanmış inkişaf strategiyasını çox böyük uğurla davam etdirərək Azərbaycanı dünyanın inkişaf etməkdə olan ölkələri sırasına çıxarmısınız. Bilavasitə Sizin rəhbərliyinizlə iqtisadiyyatımızda həyata keçirilən köklü islahatlar, dünya iqtisadi məkanına sürətli inteqrasiya, respublikamızdakı sabitlik, eyni zamanda gənclərə göstərdiyiniz qayğı ölkədə iqtisadi artıma, sosial–iqtisadi vəziyyətin yaxşılaşmasına və xalqın firavan yaşamasına möhkəm zəmin yaratmışdır. Səhiyyə, təhsil, mədəniyyət və idmanda, sözün əsl mənasında, böyük dönüş yaranmışdır. Bu dinamika ölkənin sosial-iqtisadi inkişaf strategiyasının, Sizin imzaladığınız müvafiq proqramların, fərman və sərəncamların uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Respublikamızda gənclərin problemləri daim diqqətinizdə saxladığınız prioritet məsələlərdən biri olmuşdur. Gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz adımdan və rayon gəncləri adından minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə, Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 1, ev 20. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.