|
09 dekabr 2010, 20:20
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubiley iştirakçılarından, Şuşa, Azərbaycan
Möhtərəm cənab Prezident! Azərbaycana rəhbərlik etdiyiniz illərdə respublikamızda ictimai-siyasi sabitlik hökm sürmüş, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artaraq iqtisadi cəhətdən regionun ən güclü dövlətinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi xətti bu gün Sizin tərəfinizdən layiqincə və qətiyyətlə davam etdirilir. İctimai-siyasi, sosial-iqtisadi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirilir. Siz, dövlətimiz və xalqımız üçün əhəmiyyətli sahələrdən biri olan elm və təhsilə də həmişə xüsusi diqqət və qayğı göstərirsiniz. Biz - müstəqil Azərbaycanın təhsil işçiləri, Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubiley iştirakçıları Sizə müraciət edərək Zati-alilərinizə olan dərin hörmət və ehtiramımızı yetirir, Sizin liderliyinizlə milli istiqlalımızın əbədiliyinə, milli təhsilimizin aydın sabahına sonsuz inamımızı bir daha bəyan edirik. Azərbaycanda ötən əsrin 70-ci illərindən başlayaraq yaranmış işgüzarlıq və tələbkarlıq şəraiti, söz yox ki, ümummilli liderimiz Heydər Əliyevin böyük təşkilatçılıq bacarığı sayəsində mümkün olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan bu tarixi mərhələ Azərbaycan təhsilinin inkişafında şərəfli yer tutur. Həmin dövrdə bu istiqamətdə aparılan dövlət siyasəti təhsil quruculuğunda mühüm rol oynamışdır. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ölkəmizdə siyasi hakimiyyətə yenidən qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə ağır vəziyyətin və çoxsaylı problemlərin olmasına baxmayaraq, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına və köçkün uşaqların təhsilinə qayğı unudulmadı. Möhtərəm cənab Prezident! Xalqımız xoşbəxtdir ki, ümummilli liderimiz, müstəqil Azərbaycan vətəndaşlarının daimi müəllimi Heydər Əliyev strategiyasını, onun siyasi kursunu uğurla davam etdirən Sizin kimi müdrik Prezidenti vardır. Məhz Sizin razılığınızla bu gün Azərbaycanın maarifçilik tarixində böyük rol oynamış, respublikamızın təhsil sahəsinin inkişafına çoxsaylı töhfələr vermiş Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi təntənəli surətdə qeyd olunur. 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə imzaladığı Sərəncam əsasında zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrinə layiqli töhfələr verən bu məktəbin 150 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Azərbaycanda ən qocaman dünyəvi təhsil ocağı olan 1 nömrəli məktəbin yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi ölkəmizin təhsil həyatında mühüm hadisəyə çevrilmişdir. Bu hadisə rayon ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdur. Dərin minnətdarlıqla qeyd edirik ki, Sizin Sərəncamınızla 1 nömrəli orta məktəbin bir müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, iki müəllimi isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Məktəbin kollektivinə ünvanladığınız təbrik müraciəti nəinki məktəb kollektivi tərəfindən, o cümlədən Şuşa ziyalıları və bütünlüklə rayon əhalisi tərəfindən sonsuz razılıq hissi ilə qarşılanmışdır. Siz dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, orta ümumtəhsil məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin forma və məzmunca müasirləşdirilməsi kimi vacib sahələri əhatə edən, təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramını imzalamaqla, təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi meydana çıxardınız. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri olmuşdur. Məhz Fondun təşəbbüsü iləreallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində son illərdə 300-dən çox yeni məktəb binası tikilərək xalqın istifadəsinəverilmişdir. Ulu öndərimizin mənəvi, siyasi varisi, onun işinin sadiq davamçısı, yaradıcı Prezident olaraq Sizin Azərbaycan xalqının savadlanması, elm, təhsil ocaqlarının şəbəkəsinin genişləndirilməsi, onların maddi-texniki bazasının Avropa standartlarına uyğun yenidən qurulması, zəngin tarixi olan qocaman təhsil ocaqlarımızın və görkəmli elm xadimlərimizin yubileylərinin dövlət səviyyəsində qeyd olunması və düçar olduğumuz Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətindəçoxşaxəli, yorulmaz fəaliyyətiniz birmənalı olaraq xalqımızda Sizə qarşı inam və ümumxalq məhəbbəti yaratmışdır. Ulu öndərimiz tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti dəstəkləyən bütün şuşalılar kimi rayonun təhsil işçiləri də gələcəyə böyük inamla baxır. Onlar məcburi köçkün övladlarını fiziki və mənəvi cəhətdən sağlam, savadlı böyütmək, onları doğma Şuşaya qayıdacağımız günə hazırlamaq kimi şərəfli bir işlə məşğul olurlar. İnanırlar ki, tezliklə ölkə Prezidenti İlham Əliyev cənablarının müdrik siyasəti nəticəsində tarixi yurdları olan doğma Şuşamıza qayıdacaqlar. Bu inamı bizdə həm də Sizin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni qərargahının açılış mərasimində etdiyiniz möhtəşəm çıxışınız yaratmışdır. Möhtərəm cənab Prezident! Biz şuşalılar inanırıq ki, Siz bundan sonra da Azərbaycanın dünya siyasi müstəvisindəki yerini daha da möhkəmləndirəcək, onu xoşbəxt gələcəyə, işıqlı sabahlara aparacaq, Heydər Əliyev arzularını gerçəkliyə çevirəcəksiniz. Yubiley iştirakçıları adından Sizə - Azərbaycan Respublikasının Prezidentinə müstəqilliyimizin əbədiliyi, xalqımızın xoşbəxtliyi naminə Ulu Tanrıdan möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayırıq.
Şuşa şəhər 1 nömrəli orta məktəbin 2010-cu il 7 dekabr. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.