Gerb

10 dekabr 2010, 18:00

Hörmətli cənab Prezident,

Burkina-Fasonun milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında yaranmış münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Burkina-Fasonun dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 noyabr 2010-cu il