Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size Plus Minus

24 may 2010, 17:57

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinin icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir:

1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə;

1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına;

1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə;

1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi