Gerb 855a02c43d5370399bc542d050954ea44166233ed310256537a33eb6093068b5

21 iyul 2014, 10:20

Möhtərəm cənab Prezident!

Azərbaycan xalqına ləyaqətlə rəhbərlik etdiyinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımı bildirirəm. Bəziləri çox şeydən şikayətlənir. Amma Siz müdrik dövlət başçısı olmaqla bərabər, həm də sadə, səmimi insansınız. Televiziya vasitəsilə Sizin çıxışlarınızı diqqətlə izləyirəm. Siz vəzifə səlahiyyətlərindən sui-istifadə edənləri layiqincə cəzalandırırsınız. Həmişə belə sadə, mehriban olun, cənab prezident. Allah ümummilli liderimizə rəhmət etsin, ruhu şad olsun!

Hörmətlə,

Rzayev Elmar Bəhruz oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.