Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Abdulla Yamin Abdul Qəyyuma

25 iyul 2014, 18:10

Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 iyul 2014-cü il.