Gerb

03 avqust 2014, 10:30

Hörmətli cənab Prezident, 

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq duyuruq. Bu gün qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal əməkdaşlığımız münasibətlərimizə strateji tərəfdaşlıq xarakteri vermişdir. Bu münasibətlərin davamlı və ardıcıl inkişafında Sizin xidmətləriniz böyükdür. 

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 iyul 2014-cü il.