06 avqust 2014, 13:50

Səfər Orucovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan vətəndaşı gündəlik həyatında Sizin sosial siyasətinizin, humanist addımlarınızın müsbət nəticələrini hiss edir, belə bir ölkədə yaşamaqdan qürur duyur.

III qrup müharibə əlili kimi şəxsən mənə və ümumilikdə bütün hərbçilərə göstərdiyiniz diqqət və qayğı bizdə böyük minnətdarlıq hissi yaradır.

Cənab Ali Baş Komandan! Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, hər an Vətənimizin müdafiəsinə qalxmağa hazırıq.

Hörmətlə,

Orucov Səfər Vahid oğlu,
III qrup müharibə əlili.

Azərbaycan Respublikası, Yevlax şəhəri.