06 avqust 2014, 16:20

İlham Cavadovdan, Gəncə, Azərbaycan

Möhtərəm Prezident!

Sizin sayənizdə Azərbaycanda gedən sürətli inkişaf, əldə edilən yüksək nailiyyətlər bir vətəndaş kimi qəlbimi qürur hissi ilə doldurur. Son günlər cəbhə bölgəsində nankor düşmənlərimizin fəallaşmasına baxmayaraq ordumuz düşmənə layiqli cavab verdi. Bütöv Azərbaycan xalqı Sizə inanır və məhz Sizin sayənizdə bayrağımızın Şuşada, Xankəndidə, Laçında dalğalanacağına əmindir. 

Hörmətli cənab Prezident! Ulu Tanrıdan Sizə və ailənizə cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. Sizinlə qürur duyur və fəxr edirəm.

Dərin hörmətlə,

Cavadov İlham Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.