Gerb

11 avqust 2014, 10:20

Hörmətli və əziz Prezident!

İşğal olunmuş torpaqlarımızda son vaxtlar erməni faşistlərinin həyata keçirdiyi hücumlar nəticəsində Azərbaycan övladlarının şəhid olması ilə əlaqədar Sizə və bütün xalqımıza başsağlığı vermək istərdim. Sizin komandanlığınız altında Azərbaycan ordusu düşmənə hər zaman layiqli cavab verib və verməkdə davam edir. Nəinki Qarabağ, ana və atamın doğulduğu Ağbaba mahalı, Amasiya, Masis, Qafan, Göyçə, Zəngəzur və s. bu gün erməni tapdağı altındadır. Babamın, nənəmin qəbirləri mənfur ermənilər tərəfindən dağıdılıb. Sizə bu məktubu Daşkəsənin bir qrup gəncli adından yazıram. Biz gənclər Qarabağımızı azad etmək üçün Sizin döyüş əmrinizi gözləyirik. Bütün xalqımız Sizinlə fəxr edir. Allah haqq işinizdə Sizə kömək olsun!

Hörmətlə,

Fərəcullayev Muxtar Haqverdi oğlu.

Azərbaycan Respublikası, Daşkəsən rayonu.