11 avqust 2014, 10:55

Baycan Atakdan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident!

Babaları Azərbaycandan Türkiyəyə köçmüş bir ailənin üzvüyəm. Ali təhsilli iş sahibiyəm, ailəliyəm. Ancaq Ermənistan ilə müharibə başlayarsa Türkiyədə yaşayan və Qarabağ uğrunda döyüşməyə hazır olan igid türklərdən biriyəm. Türkiyə hökuməti ilə münasibətləriniz çox yüksək səviyyədədir. Sizə bildirmək istəyirəm ki, burada Azərbaycan üçün canını verməyə hazır olan minlərlə insan vardır. 

Möhtərəm Prezident! Dost və qardaş Türkiyə daim yanınızdadır və hər zaman Sizi dəstəkləyir. Allah köməyiniz olsun!

Hörmətlə,

Atak Baycan Erhan oğlu.

Türkiyə Respublikası, İstanbul şəhəri.