|
15 dekabr 2010, 16:17
Əliyev Vahiddən, Ağdam, Azərbaycan
Möhtərəm Prezident, 2010-cu il noyabrın 14-ündə ailəmiz xoş bir xəbərin sevincini yaşadı. Belə ki, ailə üzvü 5 nəfərdən ibarət olan ikinci qrup Qarabağ müharibəsi əlilinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilmiş hər cür şəraiti olan yaşayış evinin açarları təqdim olundu. Cənab Prezident, Sağlamlığını Vətənin azadlığı yolunda qurban vermiş Qarabağ əlilinə göstərdiyiniz belə yüksək diqqət və qayğıya görə Sizə öz adımdan, ailəmin adından minnətdarlığımı bildirirəm. Bizlər - müharibə əlilləri Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətindəki xidmətlərinizi yüksək qiymətləndiririk və inanırıq ki, Sizin rəhbərliyiniz altında xalqımızın bu ağrılı problemi öz ədalətli həllini tapacaqdır. Eyni zamanda, Sizi əmin edirik ki, lazım gəldiyi halda torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandan kimi Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırıq. Möhtərəm Prezident,
Qarabağ müharibəsi əlilinə göstərdiyiniz bu qayğını ailəmiz heç zaman unutmayacaq. Bir daha Sizə öz minnətdarlığımı bildirirəm.
Ağdam rayonu Quzanlı kənd sakini, II qrup AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.