Gerb

15 dekabr 2010, 18:03

Hörmətli Nursultan Abişeviç,

Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 dekabr 2010-cu il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR