Gerb

18 dekabr 2010, 13:03

Möhtərəm cənab Prezident!

Dünən həyat yoldaşım İradə Şirinzadə Beynəlxalq Şurada doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Mən Azərbaycan elminin inkişafına, dünyanın məşhur elm xadimlərinin alimlərimizin tədqiqatlarına verdikləri yüksək qiymətə görə qürur hissi keçirdim. Müdafiədən sonra Fəxri xiyabanı ziyarət edərkən, bulvarda və Nizami küçəsində gəzişərkən məni xüsusi hisslər bürüdü. 

Mən bizim yaxın keçmişimizə, təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycana görə hədsiz iftixar hissi keçirirəm. Ukrayna və Rusiya dövlət mükafatları laureatları, əməkdar elm xadimləri akademik Kuznetsov, professor Uşerov-Marşak kimi dünya şöhrətli alimlər ulu öndərin xatirəsini əziz tuturlar. Onlar Bakının müasir simasına, paytaxtda baş vermiş dəyişikliklərə heyran qalmışlar. Mən ulu Yaradana minnətdaram ki, ümummilli liderimizin siyasətini məhz Siz davam etdirirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycanın bugünkü inkişafından da sonsuz qürur hissi keçirirəm. Müstəqil Azərbaycanın inkişafı naminə dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Dərin hörmətlə, 

Natiq Əhməd oğlu Şirinzadə, sahibkar

Azərbaycan Respublikası, Bakı şəhəri, 10-cu Binəqədi küçəsi, ev 6 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR