25 avqust 2014, 15:00

Əli Paşayev və başqalarından, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizə sonsuz sevgi və məhəbbətlə müraciət edərək Sizdən Tovuz-Humanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamınıza görə dərin təşəkkürümüzü və minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik. Sizin sayənizdə rayonumuz sürətlə abadlaşır və gündən-günə gözəlləşir. Biz çox yaxşı bilirik ki, Azərbaycan dövlətinin və xalqının mənafeyi Sizin fəaliyyətinizin əsas mahiyyətini təşkil edir. Biz Sizinlə fəxr edir, öyünür və rəhbərlik etdiyiniz ölkənin vətəndaşları olmaqdan şərəf duyuruq. Allah Sizi qorusun!

Qaraxanlı kəndinin sakinləri adından dərin hörmətlə,

Paşayev ƏIi Həmdi oğlu
Rəhimov Məhəmməd Rəhim oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu.