25 avqust 2014, 15:30

Gülbala Bayramov və Mahmud Həsənovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident!

Rayonumuzun 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması bizim üçün əlamətdar bir hadisədir. Hesab edirik ki, bu yol həmin yaşayış məntəqələrinin 15 mindən artıq sakinlərinin rahat gediş-gəlişini təmin etməklə yanaşı, ümumilikdə Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətlənməsinə böyük təkan verəcəkdir.

Möhtərəm Prezident! Təklə kimi ucqar bir kəndin sakinlərinin əsas problemlərinin həlli bir daha göstərir ki, Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz. Göstərilən bu qayğıya görə, şəxsən öz adımızdan, eləcə də Təklə inzibati ərazi vahidliyinə daxil olan Təklə və Çuxanlı kəndlərinin bütün sakinləri adından Sizə minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Bayramov Gülbala, kənd icra nümayəndəsi,
Həsənov Mahmud, kənd ağsaqqalı.

Azərbaycan Respublikası, Qobustan rayonu, Təklə kəndi.