Gerb

25 avqust 2014, 13:00

Hörmətli cənab Prezident!

Cari ilin fevral ayında keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dediyiniz “Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır” sözlərinizin əməli təsdiqinin şahidi oluruq. Təklə-Sündü-Xilmilli avtomobil yolu Sizin müvafiq Sərəncamınız əsasında yüksək keyfiyyətlə tikilərək istifadəyə verilən növbəti kəndlərarası yoldur.

Möhtərəm Prezident! Yol çəkmək dünyada ən savab və nəcib işlərdən biridir. Bu xeyirxah əməlinizə görə Sizə Çuxanlı kənd orta məktəbinin və uşaq bağçasının kollektivləri adından dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, çoxşaxəli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Eyyubov Əmirağa, orta məktəbin direktoru,
Səmədova Zəncəfil, uşaq bağçasının müdiri.

Azərbaycan Respublikası, Qobustan rayonu, Çuxanlı kəndi.