28 avqust 2014, 15:00

Elvin Hüseynovdan, Şərur, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi salamlamaqdan məmnunluq duyuruq. Ölkədə gedən abadlıq-quruculuq işləri ilə bağlı Sizə minnətdarlığımızı bildirmək istəyirik. Naxçıvan gündən-günə gözəlləşir, Şərur da onun kimi.

Hörmətli cənab Prezident! Naxçıvanın bütün əhalisi kimi biz də Sizi sevir və Sizinlə qürur duyuruq. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayırıq.

Hörmətlə,

Hüseynov Elvin Adafil oğlu, fotoqraf.

Azərbaycan Respublikası, Şərur rayonu, Çərçiboğan kəndi.