Gerb

01 sentyabr 2014, 11:40

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında həyata keçirilən maarifləndirici tur çərçivəsində Astara məktəbliləri ölkəmizin qərb bölgəsinə səfər edərək həm qədim tarixi abidələrimizlə, həm də müasir, çiçəklənən, müstəqil Azərbaycanımızın son illərdə qazandığı uğurlarla əyani tanış oldular. Cənab Prezident! Bu, Sizin ölkə gənclərinə - müstəqil dövlətimizin gələcək qurucularına göstərdiyiniz qayğı və diqqətin daha bir parlaq nümunəsidir. Tur-aksiyanın rəhbəri kimi bütün Astara şagirdləri və valideynlər adından Sizə dərin təşəkkürümüzü bildirir, dövlətimizin daha da tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Kişiyev Azər Sabir oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Kijəbə qəsəbəsi.