28 avqust 2014, 14:20

Gülbahar Rzayeva və başqalarından, Tovuz, Azərbaycan

Çox hörmətli Prezident! 

2014-cü il 20 avqust tarixində imzaladığınız Sərəncamla Tovuz rayonunun Hunanlar və digər kəndlərini birləşdirən yolların əsaslı tikintisi üçün maliyyə vəsaiti ayırdığınız üçün Sizə təşəkkür edir və dərin ehtiramımızı bildiririk. Biz Hunanlar kəndinin sakinləri Sizin daxili və xarici siyasətinizi yüksək qiymətləndirir və həmişə Sizinlə olduğumuzu bildiririk.

Bu gün Sizin rəhbərliyiniz altında çiçəklənən müstəqil Azərbaycanda bütün sahələr yeni intibah dövrünü yaşayır. Azərbaycanda gedən quruculuq işləri bizi fərəhləndirir, sabaha olan inamımızı daha da artırır.

Möhtərəm Prezident! Respublikanın bütün bölgələrinə göstərdiyiniz qayğı və diqqətə görə Hunanlar kəndinin sakinləri adından Sizə bir daha dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Rzayeva Gülbahar Məcid qızı, şəhid anası,
Cəfərov Surxəddin Qulu oğlu, kənd ağsaqqalı.

Azərbaycan Respublikası, Tovuz rayonu, Hunanlar kəndi.