Gerb

29 avqust 2014, 11:00

Hörmətli cənab Prezident!

Respublikada aparılan tikinti-quruculuq işləri bizim Kürdəmir rayonunu da əhatə edir. Yeni istehsal müəssisələri yaradılır, yollar asfaltlanır, küçələr, parklar abadlaşdırılır, fəvvarələr qurulur, kommunikasiya və elektrik xətləri, su-kanalizasiya infrastrukturu yenilənir və digər işlər uğurla həyata keçirilir. Bütün bunlar, eyni zamanda, yerli əhalinin işlə təmin olunmasına, onların sosial vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərir.

Möhtərəm Prezident! İnanıram ki, Sizin sayənizdə Azərbaycan hələ çox uğurlara imza atacaq və daha da inkişaf edəcəkdir.

Sizə çətin və şərəfli fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Süleymanova Sevil Əsədulla qızı.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Xırdapay kəndi.