|
20 dekabr 2010, 18:39
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətinə
Sizi – Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətini və bütün işçilərini bu mədəniyyət ocağının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram. Teatrınız fəaliyyətə başladığı vaxtlardan etibarən respublikamızda teatr sənətinin inkişafı naminə mühüm xidmətlər göstərmişdir. Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda dünya dramaturji irsinin gözəl nümunələrinin səhnə təcəssümü tapmasında aktyorlarınızın böyük rolu vardır. Milli dramaturgiyamızın görkəmli simalarının həmişə ustalıqla canlandırdığınız əsərləri teatrsevərlər tərəfindən yüksək qiymətə layiq görülmüşdür. Siz uzun illər boyu rus teatrının zəngin ənənələrindən bəhrələnməklə Azərbaycan-rus mədəni əlaqələrinin möhkəmlənməsinə töhfələr vermisiniz. Təqdirəlayiq haldır ki, teatrınız daim rəngarəng repertuarı ilə tamaşaçıların bir çox nəslinin hüsn-rəğbətini qazanmışdır. Teatrınızın salnaməsini təşkil edən parlaq səhifələr ayrı-ayrı illərdə burada çalışmış və ölkəmizin hüdudlarından kənarda da tanınmış istedadlı sənətkarların adları ilə sıx bağlıdır. İnanıram ki, yaradıcı heyətiniz öz ənənələrinə sadiq qalaraq bundan sonra da axtarışlarını müvəffəqiyyətlə davam etdirəcək və ölkəmizdə teatr sənətinin inkişafında bundan sonra da mühüm rol oynayacaqdır.
Ən xoş arzularla AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.