29 avqust 2014, 12:10

Elşad Baxşıyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müvafiq Sərəncamınızla Deqadi-Pəlikəş avtomobil yolunun yüksək keyfiyyətlə tikilərək istifadəyə verilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Rayonumuzun ən ucqar əraziləri də daxil olmaqla 21 yaşayış məntəqəsini birləşdirən bu yolun açılması biz səhiyyə işçilərinin də işinə müsbət təsir göstərir. Həm kənd sahə xəstəxanasının tibbi personalının işə gediş-gəlişi rahatlaşmış, həm də xəstələrin tibbi xidmətlə operativ təmin olunması öz həllini tapmışdır.

Belə bir yolun çəkilməsi ölkəmizin artan iqtisadi gücünün və sürətli inkişafının təzahürüdür. Bunun əsasında isə ümummilli liderimiz Heydər Əliyev uzaqgörən siyasəti dayanır.

Möhtərəm Prezident! Sizin həmin siyasəti uğurla davam etdirməyiniz bizi yeni nailiyyətlərə qovuşdurur. Astara rayonuna göstərdiyiniz qayğıya görə bir daha Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Kənd sahə xəstəxanasının kollektivi adından dərin hörmətlə,

Baxşıyev Elşad Nəci oğlu, baş həkim.

Azərbaycan Respublikası, Astara rayonu, Pəlikəş kəndi.