Gerb

29 avqust 2014, 17:30

Hörmətli cənab Prezident!

Mən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2014-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində təhsil almışam və bu ildən etibarən təhsilimi Oksford Universitetində davam etdirəcəyəm. Bu məktubu yazmaqla Sizə təşəkkür etmək istəyirəm.

Hörmətli cənab Prezident! Bu gün Sizin rəhbərliyinizlə həyata keçirilən bu proqram Azərbaycan gəncləri üçün tayı bərabəri olmayan imkanlar yaradır və ölkəmizin gələcək inkişafında misilsiz rol oynayacaqdır. Mən də bu işdə iştirak etdiyimə görə çox şadam və bizim üçün belə bir imkan yaratdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Vətənimizi qorumaqda, inkişaf etdirməkdə, dünyada tanıtdırmaqda hər zaman Sizinləyik.

Hörmətlə,

Məmmədov Cahangir Arif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.