30 avqust 2014, 12:20

Sixamir Qurbanovdan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizə və xalqımıza göstərdiyiniz qayğıya, o cümlədən, Zaqatala, Şəki, Qax və Balakən rayonlarında baş verən güclü zəlzələdən ziyan çəkmiş insanlardan köməyinizi əsirgəməyərək dağılmış evlərin əvəzinə bizlər üçün yeni mənzillər tikdirdiyinizə görə Sizə ailəm adından çox böyük minnətdarlığımızı bildirir, Sizə və ailənizə cansağlığı arzulayıram.

Hörmətli cənab Prezident! Hazırda Zaqatalada yeni tunel tikilir, istirahət parkları yaradılır. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Mən bir müəllim kimi Sizin önünüzdə baş əyir, Sizin üçün dualar edirəm. Allah Sizi başımız üzərindən heç zaman əskik etməsin. Amin!

Möhtərəm Prezident! Əmin olun ki, ailəmiz hər zaman səsinizə səs, gücünüzə güc qatacaq və Vətənimizə və millətimizə rəhbərlik etməyiniz üçün səsimizi Sizdən əsirgəməyəcəyik.

Cənab Ali Baş Komandan! Biz Qarabağımızı azad etmək üçün Sizin əmrinizi səbirsizliklə gözləyirik. Başımızla, qanımızla bu millətə, bu Vətənə xidmət etməyə hazırıq. Müəllim olmaqla fəxr edirəm. Bakı şəhəri Xəzər rayonu 121 saylı tam orta məktəbdə çalışıram və yeni korpusun açılışında iştirak etdiyinizə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Dualarımız Sizinlədir, cənab Prezident!

Hörmətlə,

Qurbanov Sixamir Hədiyyətullah oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Muxax kəndi.