05 sentyabr 2014, 13:50

Atamalı Şəfiyev və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Fəaliyyətə başladığınız gündən dövlətimiz və xalqımız qarşısındakı xidmətləriniz hamıya məlumdur. Azərbaycanın iqtisadiyyatı Sizin sayənizdə durmadan inkişaf edir. Bu inkişaf bütün sahələrdə - sənayenin, kənd təsərrüfatının, ordunun, təhsil və mədəniyyətin, tikinti və abadlığın paralel və intensiv inkişafında özünü bariz şəkildə göstərir.

Sevinirik ki, ölkəmizdə gedən bu inkişaf Lerikdən də yan keçməyib. Son illər rayonumuzun inkişafı ilə bağlı imzaladığınız sərəncamlar bunu bir daha sübut edir. Son bir il ərzində daim istifadə etdiyimiz avtomobil yolunun tikintisi ilə bağlı iki dəfə Sərəncam imzalamağınız bizi sevindirir. Siz ulu öndər Heydər Əliyevin kursunu ləyaqətlə davam etdirirsiniz. Bütün bunlara görə Sizə minnətdarlığımızı, dərin hörmət və ehtiramımızı bildiririk.

Züvüc kənd ziyalıları və ağsaqqalları adından dərin hörmətlə,

Şəfiyev Atamalı
Fətullayev Dadruz
Vahabov İltifat
Ağayev Eynulla
Eynullayev Ağabəy və başqaları (cəmi: 50 imza).

Azərbaycan Respublikası, Lerik rayonu.