İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə

11 sentyabr 2014, 18:35

Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

Sizə səmimi salamlarımı yetirməkdən məmnunam. Üzərinizdə aparılmış cərrahiyyə əməliyyatının uğurla həyata keçməsi məni çox sevindirdi. Əməliyyatdan sonra tezliklə sağalmağınızı diləyirəm. 

Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2014-cü il.