12 sentyabr 2014, 12:15

Üzeyir Məmmədovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Rayonumuzun inkişafına və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Qarabağ müharibəsi əlilləri, şəhid ailələri də hər zaman Sizdən belə xoş münasibət görürlər. Bu müsbət amillər əhalinin dövlətə olan inamını gündən-günə daha da artırır, birliyimizi möhkəmləndirir.

Qeyd etmək istəyirəm ki, bir sıra problemlərimizin həlli ilə yanaşı, sovet dövründən qalmış və istismar müddətini başa vurmuş avtomobil yollarının son illərdə yenidən qurulması yerli əhali üçün əlamətdar hadisəyə çevrilib.

Möhtərəm Prezident! Biz leriklilər inanırıq ki, Siz Qarabağ münaqişəsinin müsbət həllinə və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacaqsınız. Biz həmin günü səbirsizliklə gözləyir və hər zaman Sizinlə birgə olduğumuzu bildiririk.

Hörmətlə,

Məmmədov Üzeyir Cavanşir oğlu,
Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Lerik rayonu.