Gerb

16 sentyabr 2014, 14:50

Hörmətli cənab Prezident!

Aztəminatlı bir ailənin üzvü kimi mən hər zaman dövlətimizin qayğısını hiss etmişəm. Ölkəmizdə həyata keçirilən sosial siyasət əhalinin rifah halının, mənzil-məişət şəraitinin yaxşılaşmasına xidmət edir.

Biz inanırıq ki, Azərbaycan iqtisadiyyatı gücləndikcə, dövlət büdcəsinin gəlirləri artdıqca bizim həyat səviyyəmiz daha da yaxşılaşacaqdır.

Möhtərəm Prezident! Ailəmiz adından Sizə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

Muradova Kifayət Məmməd qızı.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kəlaman kəndi.