Gerb

17 sentyabr 2014, 13:00

Hörmətli cənab Prezident!

Kəndimizdə yeni məktəb binasının inşasına görə Sizə məktəbin pedaqoji kollektivi, ziyalılar və ağsaqqallar adından dərin minnətdarlığımızı bildiririk. Şagirdlərin yaxşı oxumaları üçün məktəbdə hər cür şərait yaradılıb.

Möhtərəm Prezident! Son illər ərzində təkcə Yardımlı rayonunda 50-dən çox məktəb binasının tikilməsi respublikamızda təhsilin inkişafına hansı səviyyədə diqqət göstərildiyini bir daha nümayiş etdirir. Bu, eyni zamanda, xalqımızın gələcəyinə göstərilən diqqətdir. Sizin həyata keçirdiyiniz siyasəti bəyənir və alqışlayırıq.

Hörmətlə,

Mustafayev Şahbaz,
Xosiyev Əkrəm,
Mahmudov Ramiz və başqaları (cəmi: 11 nəfər)

Azərbaycan Respublikası, Yardımlı rayonu, Zenqaran kəndi.