17 sentyabr 2014, 15:00

Qarayevlər ailəsindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Şəhərimizdə görülən abadlıq-quruculuq işləri Binəqədi qəsəbəsindən də yan keçməyib. Elektrik dirəkləri və kommunikasiya xətləri yenilənib, küçələr və səkilər abadlaşdırılıb, yaşıllıqlar salınıb, bir sözlə çətinliklərimiz aradan qaldırılıb və qəsəbəmiz paytaxtın ən gözəl guşələrindən birinə çevrilib.

Möhtərəm Prezident! Bu firavanlıq və yaradılan şərait bizi çox sevindirir. Hər zaman olduğu kimi Sizi dəstəkləyir və dəstəkləyəcəyik. Görülən bütün işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər və uğurlar arzulayırıq!

Hörmətlə, 

Qarayevlər ailəsi.

Azərbaycan Respublikası, Bakı şəhəri Binəqədi rayonu.