19 sentyabr 2014, 11:15

Mətləb Quliyev və başqalarından, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ilk siyasi hakimiyyəti dövründə bizim yaşadığımız Üçtəpə kəndində geniş abadlıq işləri aparılmış və Üçtəpə rayonun ən sayılıb-seçilən kəndlərindən birinə çevrilmişdir. 1970-ci illərdə kəndimizdə ziyalı ordusu formalaşmışdır.

Bu gün əminliklə deyə bilərik ki, ulu öndərimiz Heydər Əliyevin ənənələri yaşayır və onun yüksək idarəetmə bacarığının nümunələri Sizin rəhbərliyiniz altında respublikamızda həyata keçirilən tikinti-quruculuq işlərində, qazandığımız uğurlarda özünü göstərir. Sizin Sərəncamınız əsasında Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun böyük bir hissəsi yüksək keyfiyyətlə tikilərək bu yaxınlarda əhalinin istifadəsinə verildi, kəndimizin qazlaşdırılması işlərinə başlanıldı.

Möhtərəm Prezident! Görülən işlər və əldə edilən uğurlar bizi sevindirməklə yanaşı, düşmənlərimizə əsl göz dağıdır. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Tanrı çətin və şərəfli fəaliyyətinizdə Sizə kömək olsun!

Kənd ağsaqqalları və ziyalıları adından dərin hörmətlə,

Quliyev Mətləb Kamran oğlu
Salmanova Qiymət Əli qızı
Yarıyev Sadıq Fərrux oğlu
Muradov Fizuli Ağacəfər oğlu və başqaları (cəmi: 15 nəfər).

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.