İlham Əliyevin və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub

19 sentyabr 2014, 12:00
İlham Əliyevin və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub

Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı.

Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo