|
24 dekabr 2010, 15:04
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev İlham Əliyevə telefonla zəng etmişdir
Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır. Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirmişdir. Dövlət başçıları 2010-cu ili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu il kimi dəyərləndirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirmişlər.
Rusiya Prezidenti Dmitri Medvedev 2010-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu da ünvanlamışdır. Məktubda deyilir: Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm! Prezident vəzifəsində Sizin fəaliyyətinizi haqlı olaraq Azərbaycanın – müasir və dinamik inkişaf edən dövlətin yeni uğurları ilə bağlayırlar. Ölkənizin iqtisadiyyatda və sosial sahədə sanballı nailiyyətləri, onun beynəlxalq aləmdə nüfuzunun durmadan artması yüksək qiymətə layiqdir. Aramızda yaranmış mehriban şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Sizin Rusiya-Azərbaycan strateji tərəfdaşlığını genişləndirmək əzminiz dostluq və mehriban qonşuluq ənənələrinin möhkəmlənməsinə, dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın davamlı inkişafına hər cəhətdən kömək edir. Əminəm ki, Rusiya və Azərbaycan arasında fəal qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsi nəinki ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək, həm də Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərəcəkdir.
Sizə cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.