22 sentyabr 2014, 11:10

A. Baxşalıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident! 

“Qarabağ Qaziləri” İctimai Birliyinin Yasamal rayon şöbəsi Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə fiziki sağlamlığını itirərək əlil olmuş 80-dən çox insanı öz ətrafında cəmləşdirir. Onların əksəriyyəti, eyni zamanda, Yeni Azərbaycan Partiyasının üzvləridir.

Həm ümummilli liderimiz Heydər Əliyevin, həm də Sizin hakimiyyətiniz dövründə bizim zümrədən olan insanlar dövlətimizin qayğısını daim hiss etmiş və diqqət mərkəzində olmuşdur.

Möhtərəm Prezident!

Sizin tapşırığınız əsasında yeni dərs ilinin başlanması ərəfəsində Qarabağ müharibəsi əlillərinin övladları məktəbli forması ilə təmin olundu. Növbəti xeyirxah addımınıza görə Sizə şöbəmizin bütün üzvləri adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Baxşalıyev A, “Qarabağ Qaziləri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.