22 sentyabr 2014, 17:30

Zahid Mehdiyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Gəncə şəhərinin belə gözəl, müasir görkəm almasında Sizin böyük xidmətləriniz var. Ölkəmizə rəhbərliyiniz dövründə 12 dəfə Gəncəyə səfər etməyiniz şəhərimizə olan diqqətinizin göstəricisidir.

Bu gün Gəncənin bütün qəsəbələri elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunur. Əsas problemlərimizdən olan su təchizatının yaxşılaşması istiqamətində də işlər davam etdirilir. Bu yaxınlarda Göygöl-Gəncə magistral su kəmərinin istifadəyə verilməsi yerli əhali tərəfindən böyük sevinclə qarşılandı.

Möhtərəm Prezident! Xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində gördüyünüz işlərə görə Sizə Gəncənin bütün sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Mehdiyev Zahid Əli oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.