23 sentyabr 2014, 11:25

Nadir Eyvazov və Aftandil Rəcəbovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin Sərəncamınızla qısa müddətdə Pəlikəş kəndinə zövq oxşayan yeni asfalt yolun çəkilməsi kənd əhalisi tərəfindən böyük sevinc və iftixar hissi ilə qarşılandı.

Əvvəlki yol o qədər bərbad vəziyyətdə idi ki, rayon mərkəzinə getmək üçün 4 saatdan çox vaxt sərf edirdik. İndi isə bu məsafəni 30-35 dəqiqəyə çox rahat qət etmək olar.

Möhtərəm Prezident! Bizə yaradılan şəraitə və rayonumuza göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Eyvazov Nadir Xaliq oğlu,
Rəcəbov Aftandil Ağamoğlan oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Pəlikəş kəndi.