İlham Əliyev İsmayıllıda inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

22 sentyabr 2014, 19:00
İlham Əliyev İsmayıllıda inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Prezident İlham Əliyev İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçası 120 yerlikdir. Ümumi ərazisi 520 kvadratmetr olan körpələr evi-uşaq bağçası ən müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı var. 120 yerlik yeməkxanada da balacaların normal qidalanmaları üçün bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil müəssisəsində onların təlim-tərbiyəsinin keyfiyyəti, hökm sürən ab-hava vacib amillər kimi əsas götürülüb. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Bu amillərə körpələr evi-uşaq bağçasında xüsusi diqqət yetirilib. Körpələr evi-uşaq bağçasının ərazisinə dekorativ hasar çəkilib, oyun meydançaları yaradılıb. Bina ən müasir infrastrukturla təchiz edilib.

Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün əlindən gələni edir. Son illərdə Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Belə layihələrin icrasında əsas məqsəd məktəbəqədər təhsildə əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılması idi və buna da nail olunur. Heydər Əliyev Fondu bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni bir layihəyə start verib. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı ictimaiyyətə təqdim edilib. Bütün bu addımlar isə Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04