23 sentyabr 2014, 16:20

Vaqif Babayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsi şəhər və rayonlarımızın gözəlləşməsinə, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz müsbət təsirini göstərir. Bu müsbət meylləri bizim yaşadığımız Pirallahı rayonunda da müşahidə etmək mümkündür. Əhalinin içməli su, təbii qaz, elektrik və istilik enerjisi ilə keyfiyyətli təminatı üçün həyata keçirilən tədbirlər, məhəllələrin abadlaşdırılması, yaşıllıqların salınması, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər görülən işlər bunun bariz nümunələridir.

Biz fəxr edirik ki, gündən-günə çiçəklənən və dinamik inkişaf edən Azərbaycan Respublikasının vətəndaşlarıyıq.
Möhtərəm Prezident!

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz əminik ki, işğal altında olan torpaqlarımız Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində tezliklə azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Dərin hörmət və ehtiramla,

Babayev Vaqif, Qarabağ müharibəsi veteranı,
Kazımov Şamil.

Azərbaycan Respublikası, Bakı şəhər, Pirallahı rayonu.